Türkiyə BRICS-ə üzvlük üçün müraciət edib – KİV

Türkiyə BRICS-ə üzvlük üçün müraciət edib – KİV

Türkiyə BRICS-ə daxil olmaq üçün müraciət edib.

AzerTimes xəbər verir ki, bu barədə Blumberq məlumat yayıb.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan da rəsmi olaraq bu təşkilata üzvlük üçün müraciət edib. Əlavə edək ki, təşkilat onu təsis edən ölkələrin – Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının ingilis dilində baş hərflərinə uyğun olaraq BRİCS adlandırılıb.

Hazırda isə təşkilatın 9 üzvü var: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, İran, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləri.

Teqlər: