Türkiyə Boğazlardan keçid qiymətini qaldırır

Türkiyə Boğazlardan keçid qiymətini qaldırır

İyulun 1-dən Türkiyə hakimiyyəti İstanbul və Çanaqqala boğazından keçid haqqını 8,3% artıracaq. Ankara ilin sonuna qədər bundan əlavə 900 milyon dollar qazanc gözləyir.

AzerTimes xəbər verir ki, bu barədə “Aydınlıq” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, rüsumların məbləği 1936-cı ildə boğazlarda naviqasiyanı tənzimləyən Montrö Konvensiyasının imzalanmasından bəri qızıl frankı əsasında hesablanır:

“Ötən ilin oktyabrında Türkiyə hakimiyyəti artıq ticarət gəmilərinin boğazlardan keçməsi üçün rüsumları 5 dəfə – 0,8 dollardan 4,08 dollara qaldırıb”.

Bildirilir ki, bundan sonra qiymət sabit qalmayacaq və hər il iyunun 1-dən etibarən Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən yenilənəcək.

Teqlər: