Türkiyə boğazlarından keçən beynəlxalq gəmilərdən alınacaq rüsumlarda artırılmış tariflərin tətbiqinə başlayıb.
Axar xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, ticarət gəmilərinin Bosfor və Dardanel boğazlarından tranziti üçün rüsumlar 4,42 dollara qaldırılıb.
Qeyd edək ki, keçən ilin oktyabrından gəmilərin boğazlardan keçməsinə görə ödənişlər 4,08 dollar təşkil edib.