Türkiyə BMT TŞ-nin 5 daimi üzvündən daha güclüdür

Türkiyə BMT TŞ-nin 5 daimi üzvündən daha güclüdür

Bu gün bir sıra böhranlarda İsrail, İran, Türkiyə kimi orta səviyyəli ölkələr BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən (Rusiya, Çin, ABŞ, Fransa, Böyük Britaniya) daha çox təsirə malikdir.

AzerTimes xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.

“Çox maraqlı bir amil var. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü bu gün daha az təsirə malikdir. Etiraf etməlisiniz ki, bu gün baş verənlərə böyük güclərdən daha çox təsir göstərən orta güclərimiz var. İsrail, İran, Türkiyə kimi ölkələr yaxın keçmişdə üzləşdiyim böhranlarda bir razılaşma mətni qəbul etmək üçün həftələrlə mübarizə aparan Təhlükəsizlik Şurasının beş daimi üzvündən daha təsirli olduqlarını sübut etdilər”, – o bildirib.

Teqlər: