Sevgili xalqımız bir daha “söz də, qərar da, gələcək də millətindir” deyərək doğru insan haqqında qərar verdi.
AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin köməkçisi Fuad Oqtay Tvitter hesabında bu gün keçirilən prezident seçkilərinin ikinci turunda Cümhur İttifaqının namizədinin qalib gəlməsi barədə yazıb.
“Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan “dayanmaq yoxdur, yola davam” demişdir. Türk əsri başlamışdır. Qazanan millətimiz, dövlətimiz və güclü Türkiyə oldu. Ölkəmizə, millətimizə xeyirli, uğurlu olsun”, – Oqtay qeyd edib.