Türkiyə bazasına xain hücum: 8 yaralı var

Türkiyə bazasına xain hücum: 8 yaralı var

Suriyanın Dabık bölgəsində yerləşən Türkiyə ordusuna məxsus hərbi baza terrorçuların raket hücumuna məruz qalıb.

AzerTimes Türkiyə mediasına istinadən xəbər verir ki, Tel-Rıfat bölgəsindəki PKK/YPG terrorçularının xain hücumu nəticəsində 5 xüsusi təyinatlı polis və 3 hərbçi yaralanıb.

Yaralılar ərazidən təxliyə edilərək Qaziantep və Kilisdəki xəstəxanalara çatdırılıb.

Hücumdan sonra sərhəd bölgəsi və Suriyanın daxilindəki qoşunlar terrorçuların olduğu ərazini raket və top atəşinə tutub.

Teqlər: