Türkiyə Baş Qərargahının Kəşfiyyat rəisi Azərbaycanda səfərdədir

Aprelin 12-də Azərbaycan Respublikasının müdafiə naziri
general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə
Respublikası Baş Qərargahının Kəşfiyyat rəisi korpus generalı Rafet
Dalkıranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan müdafiə naziri Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham
Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı
Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində
aparılan islahatların davam etdirildiyini qeyd edib.

R.Dalkıran qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından
bu cür görüşlərin vacibliyini xüsusi qeyd edib.

Görüşdə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf
perspektivləri, eləcə də maraq doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.

Teqlər: