Türkiyə ordusu bu gün yaxınmənzilli ballistik raketi sınaqdan keçirib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, “Tayfun” raketi səhər saat 7:00 radələrində Rizə şəhəri yaxınlığındakı hava limanından mobil platformadan buraxılıb. Raket 561 km uçaraq Sinop şəhəri yaxınlığındakı hədəfi məhv edib.