Xəbər - Çingiz Səfərli – Trend:
Türkiyə-Azərbaycan İqtisadi Əməkdaşlığına dair fəaliyyət planının maddələri açıqlanıb.
Trend xəbər verir ki, burada Azərbaycanın işğaldan azad edilən bölgələrində əməkdaşlığa dair prioritet fəaliyyət planları da yer alıb.
Həmin maddələri təqdim edirik:
1. Azərbaycanın işğaldan azad olunan bölgələri ilə bağlı ortofoto xəritələrinin hazırlanması məsələsində texniki dəstəyin göstərilməsi – 2021-2022-ci illərdə
2. Azərbaycanda və işğaldan azad edilən bölgələrin yenidən inşasında Türkiyənin “Ağıllı şəhər” təcrübələrinin bölüşülməsi və bu sahədə əməkdaşlıq edilməsi – 2021-2022-ci illərdə
3. İşğaldan azad olunan bölgələrdəki abidələr üçün mümkün layihə sənədlərinin hazırlanması, eyni zamanda bərpa-konservasiya işlərində texniki və maliyyə dəstəyinin göstərilməsi – 2021-2022-ci illərdə
4. İşğaldan azad olunan bölgələrin yenidən əkinçilik üçün əlverişli hala gətirilməsi istiqamətində əməkdaşlıq edilməsi – 2021-ci ildə
5. İşğaldan azad olunan bölgələrdə “Yaşı enerji” konseptinin həyata keçirilməsi üçün əməkdaşlığın aparılması – 2021-2023-cü illərdə
6. Ortaq radiomerik və radioloji araşdırmaların aparılması – 2021-2025-ci illərdə
7. Yenidənqurma işlərinin maliyyələşdirilməsi ilə bağlı texniki dəstəyin göstərilməsi – 2021-2022-ci illərdə