Bakı – Trend:
Türkiyə Azərbaycanla “Ağıllı şəhər” sahəsində təcrübə mübadiləsi aparacaq.
Bu barədə AzerTimes-a Türkiyə hökumətindəki mənbə bildirib.
Qeyd edilib ki, “Ağıllı şəhər”lə əlaqədar birgə layihələrin hazırlanması üçün səylər də davam etdiriləcək:
“Ağıllı şəhər” layihələrinin Azərbaycanın işğaldan azad edilmiş bölgələrində də həyata keçirilməsi nəzərdə tutulur”.