Türkiyə Azərbaycandan əlavə 11 milyard kubmetr qaz alacaq – Nazir

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyə 2024-cü ilin sonunadək Azərbaycandan əlavə təbii qaz həcmləri alacaq.

Trend-in məlumatına görə, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz deyib.

O bildirib ki, Türkiyə dünyada enerjiyə tələbatın artması fonunda bu müddətin öhdəsindən rahatlıqla gələcəyini bildirib:


“Azərbaycanla 2024-cü ilin sonuna qədər qüvvədə olan saziş imzalanıb. Saziş əsasən, Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 11 milyard kubmetr əlavə təbii qaz əldə olunacaq”.

Türkiyəli nazir, həmçinin TPAO və BOTAŞ şirkətlərinin özəlləşdirilməsi məsələsinə də toxunaraq bu məsələnin gündəmdə olmadığını bildirib.

Teqlər: