Türkiyə Azərbaycandan başqa digər ölkələrə mal və qoyun ətinin ixracını məhdudlaşdırıb

Türkiyədə qiymət artımı ilə gündəmdə olan qırmızı ətin ixracına
məhdudiyyət qoyulub.

Bu barədə
Trend
Türkiyə KİV-lərinə istinadən bildirir.

Türkiyə Ticarət Nazirliyi İstanbul Gömrük və Xarici Ticarət
Regional Müdirliyi tərəfindən alınan qərarda Şimali Kipr Türk
Respublikası (ŞKTC), Azərbaycan və Naxçıvan Muxtar Respublikası
istisna olmaqla, bütün ölkələrə iribuynuzlu mal-qara, qoyun və keçi
ətinin ixracının məhdudlaşdırılması qeyd olunub.

Teqlər: