Türkiyə xarici ölkələrdə ilk dəfə Azərbaycana müdafiə sənayesi müşaviri təyin edib.
AzerTimes Report-a istinadən xəbərverir ki, bu vəzifə İlkər Türközə tapşırılıb.
Türkiyə tarixində ilk dəfə olaraq Müdafiə Sənayesi Başqanlığının 9 ölkə üzrə müdafiə sənayesi müşaviri postu yaradılıb. Həmin ölkələr arasında isə ilk təyinat Azərbaycana edilib.
Qeyd edək ki, ötən gün Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevlə görüşən zaman səfiri müdafiə sənayesi müşaviri İlkər Türköz müşayiət edib. Görüş zamanı müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə edilib və məsləhətləşmələr aparılıb.
Müşavir İlker Türköz həmçinin “ASELSAN Bakı” şirkətinin baş direktoru Özgür Kürüm ilə də görüşüb.