Türkiyə Azərbaycana 100 min qutu dərman göndərəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə hökuməti ilə Azərbaycan hökuməti arasında tibb sahəsində yardımın göstərilməsinə dair anlaşma” sazişini təsdiqləyib.

AzerTimes-ın “Resmi Gazete”yə istinadən məlumatına görə, sənəd 2021-ci ilin martın 31-də imzalanıb.

Sazişə əsasən Türkiyə Azərbaycana dostluq jesti olaraq 100 min qutu Favipiravir dərmanı göndərəcək.


Teqlər: