Xəbər - Ləman Zeynalova – Trend:
Türkiyə ilə Azərbaycan arasında İğdır-Naxçıvan qaz kəmərinin tikintisinə hazırlıq işləri başa çatıb.
Trend-in məlumatına görə, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönmez deyib.
Nazir bildirib ki, hazırda Türkiyə bəzi texniki məlumatlarla əlaqədar Azərbaycan tərəfinin təsdiqini gözləyir:
“Bundan sonra qaz kəmərinin tikintisi başlanacaq. Marşrutun dəqiqləşdirilməsi və layihələndirmə üzrə işlərimiz başa çatıb”.
Qeyd edək ki, 2020-ci il dekabrın 15-də Azərbaycan və Türkiyə İğdır-Naxçıvan qaz kəməri layihəsi ilə bağlı anlaşma memorandumu imzalayıb. Qaz kəmərinin buraxılış gücü ildə 500 milyon kubmetr təşkil edəcək.
(Tərcümə: Orxan Nəbiyev)