Türkiyə-Azərbaycan birliyinin sevincini yaşayırıq və bu birliyin
daha da möhkəmlənməsini arzulayırıq.
AzerTimes-ın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin
sədri Mustafa Şentop ADA Universitetində keçirilən Beynəlxalq
Sosial Elmlər Konqresinin açılış mərasimində çıxışı zaman
deyib.
M.Şentop bildirib ki, Türkiyə rəsmiləri ilk ziyarətlərini
Azərbaycana, Azərbaycan rəsmiləri isə ilk ziyarətlərini Türkiyəyə
edirlər.
“Bizim arzumuz Azərbaycanın haqlı davasının beynəlxalq birlik
tərəfindən eşidilməsidir. Bugünkü konqres Qarabağ məsələsinin də
dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından faydalı
olacaq”, – deyə M.Şentop bildirib.