Türkiyə Aya missiya üçün kosmik gəmi istehsal edəcək

Ay missiyası Türkiyənin Milli Kosmos Proqramının mühüm vəzifələrindən biridir.

Bunu yerli KİV-ə müsahibəsində Türkiyə Kosmik Agentliyinin rəhbəri Serdar Hüseyn Yıldırım Bursadakı Gökmen Aerokosmik Tədris Mərkəzində (GUHEM) Stardust foto sərgisini ziyarət edərkən Anadolu Agentliyinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ay missiyasının həyata keçirilməsi Türkiyəni tamamilə fərqli texnoloji səviyyəyə çıxaracaq.


“Aya çatmaq ilk baxışdan göründüyü qədər asan məsələ deyil. Biz bunun üzərində işləyirik. Agentliyimiz TÜBİTAK-ın Kosmik Tədqiqatlar İnstitutuna Aya uçuş üçün kosmik gəminin tikintisini sifariş edib.

Qurğunun yaxın iki il ərzində Yer peykinə buraxılması planlaşdırılır. Onun hazırlanmasında yerli Delta V hibrid mühərriki əsas götürülüb.Onun inteqrasiyası və kosmik şəraitə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir”, – Yıldırım bildirib.

Teqlər: