Türkiyə aviasiya sənayesinin inkişafına hər zaman dəstək olacaq.
AzerTimes TurkicVorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz öz Tvitter hesabında paylaşım edib.
Cevdet Yılmaz Türkiyə Özəl Sektor Aviasiya Müəssisələri Birliyi (TÖŞİD) ilə görüş keçirib.
“Mülki aviasiyamızın inkişafı və dünyada möhkəm mövqelərinin möhkəmlənməsi üçün ölkəmizə əlavə dəyər yaradan sektor nümayəndələrimizə təşəkkür edir, onlara işlərində uğurlar arzulayıram”, – deyə o qeyd edib.
Görüş zamanı mülki aviasiya sektoru ilə bağlı tələb və təkliflərin müzakirəsi aparılıb.