“Avropa İttifaqı adından bir dövlət təlimat verməməlidir”.
Bunu Türkiyənin Avropa İttifaqı üzrə naziri Ömər Çelik Almaniya kansleri Angela Merkelə cavabında bildirib.
“Çox uğursuz açıqlamadır. Bunu xüsusi qeyd etmək lazımdır. Bu, Avropa İttifaqını zəiflətmək istəyənlərin verdiyi bəyanatdır. Türkiyənin ittifaqa üzv dövlətlərlə problemi ola bilər. Ancaq bu problemlər Avropa İttifaqı səviyyəsinə çatdırılmamalıdır. Almaniya və Türkiyə arasındakı problem Avropa İttifaqına nüfuz etməsinə Avropa İttifaqı Komissiyası yol verməməlidir. Bu ittifaqın təməl prinsipinə təhqirdir. Gömrük Birliyi bizim birtərəfli istədiymiz bir şey deyil. Bu, azad ticarətin artırılması ilə bağlı bir vəziyyətdir”, -nazir vurğulayıb.
Qeyd edək ki, Almaniya kansleri Angela Merkel Türkiyə ilə Avropa İttifaqının Gömrük Birliyi arasında razılaşmanın yenilənməyəcəyini bildirib.