Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycan Baş Prokurorluğunun nümayəndə heyətini qəbul edib

Xəbər - Samir Əli – Trend:

Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahin Türkiyə ilə Azərbaycan arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun 11 nəfərdən ibarət nümayəndə heyətini qəbul edib.

AzerTimes-ın məlumatına görə, Baş Prokurorluğun nümayəndə heyəti Türkiyədə 10 gün işgüzar səfərdə olacaq.


Azərbaycanlı nümayəndə heyətini Türkiyə Ali Apellyasiya Məhkəməsi Baş Prokurorluğunda İnzibati Prokurorları Bahattin Azizağaoğlu, Ömer Kara və Semih Mutlu qarşılayıb. Daha sonra heyəti Ali Məhkəmə Baş Prokuroru Bəkir Şahin qəbul edib. Görüşdə Baş prokurorunun müavini Rıdvan Gündoğdu və Ali Məhkəmə prokurorları da iştirak ediblər

Teqlər: