Türkiyə qlobal bazarlarda malların, xidmətlərin ixracını yaxşılaşdırmaq üçün ABŞ və Avropada altı logistik baza yaradacaq.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, 6 bazanın yaradılması artıq təsdiqlənib, onlardan dördü Avropada, ikisi isə ABŞ-da yerləşəcək.