Türkiyə ABŞ-ın təzyiqi altında Rusiyanın S-400 zenit-raket
komplekslərindən imtina etmək fikrində deyil.
AzerTimes xəbər verir ki, bunu
Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir
“İzvestiya”ya açıqlamasında deyib.
Onun sözlərinə görə, Türkiyə öz siyasətini təyin etmək
iqtidarındadır.
“S-400-dən imtina bizim üçün müzakirə mövzusu deyil. Biz bu
məsələni keçmişdə müzakirə etmişik. Bundan imtina da müzakirə
olunmur”, – Demir bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Reuters xəbər vermişdi ki, ABŞ
Türkiyə ilə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə
sistemlərinin Ukraynaya göndərilməsi imkanını müzakirə edir. Bu
mövzu ABŞ dövlət katibinin müavini Vendi Şermanın martın əvvəlində
Ankaraya səfəri zamanı müzakirə olunub.