Türkiyə ABŞ-ı qondarma “erməni soyqırımı”nı tanımamağa çağırıb

Türkiyə ABŞ-ı qondarma “erməni soyqırımı”nı tanımamağa çağırıb.

AzerTimes-ın məlumatına görə, Türkiyə hakimiyyəti diplomatik kanallarla ABŞ Prezident administrasiyasını “soyqırım”ın tanınmasının Ankara ilə Vaşinqton arasındakı münasibətlərə böyük ziyan vura biləcəyi barədə məlumatlandırıb.

Qeyd olunur ki, Türkiyə dəfələrlə Ermənistanı 1915-ci il hadisələri ilə bağlı arxiv sənədlərini ictimailəşdirməyə çağırıb, amma Ermənistan rəhbərliyi bu təklifi qəbul etməkdən boyun qaçırır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: