ABŞ dövlət katibi Antoni Blinkenin səfəri zamanı Türkiyə xarici işlər naziri Hakan Fidan Fələstin-İsrail nizamlanması ilə bağlı Ankaranın 4 təklifini təqdim edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Blinkenin Fidanla sabahkı görüşündə Türkiyənin gündəmində 4 mühüm mövzu var. Bunlar dərhal atəşkəsin elan edilməsi, münaqişənin regiona yayılmasının qarşısının alınması, qarant ölkələrin formulu və humanitar yardımdır”, – məlumatda qeyd olunub.