Türkiyə 5 ölkə üçün sərhədlərini bağladı

Türkiyə koronavirusun yeni ştammının yayılması səbəbilə 5 ölkə üçün sərhədlərini bağlayıb.

AzerTimes-ın məlumatına görə, bu barədə özünün “Twitter” səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca yazıb.


F.Koca bildirib: “Bu gecədən etibarən koronavirusun yeni ştammının yayılması səbəbilə Botsvana, CAR, Mozambik, Namibiya və Zimbabvedən ölkəmizə quru, hava, dəniz və dəmir yolu vasitəsilə səyahət etmək qadan edilir”.