Türkiyə öz ərazisində yaradılan qovşaq vasitəsilə təxminən 40 milyard kubmetr qaz ixrac edəcək.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.
“İndi bizim öz Qara dəniz qazımız var. Biz ildə təxminən 55-60 milyard kubmetr qaz istehlak edə bilirik. Biz qovşağın daxilində qaz kəməri sisteminə 100 milyard kubmetr qazın verilməsini təmin edə bilərik və yaxşı planlaşdırsaq, 40 milyard kubmetr qaz ixrac edəcəyik”, – deyə nazir bildirib.