Türkiyə 2026-cı ildə NATO sammitinə ev sahibliyi edəcək

Türkiyə 2026-cı ildə NATO sammitinə ev sahibliyi edəcək

NATO-nun növbəti sammiti Niderlandda keçiriləcək. 2026-cı ildə isə tədbirə Türkiyə ev sahibliyi edəcək.

AzerTimes xəbər verir ki, bu barədə NATO-nun dövlət və hökumət başçılarının görüşünün yekun bəyannaməsində deyilir.

“ABŞ-ın bizə göstərdiyi səxavətli qonaqpərvərliyə görə minnətdarlığımızı bildiririk. Biz 2025-ci ilin iyununda Niderlandın Haaqa şəhərində keçiriləcək növbəti Zirvə Toplantımızda, ardınca isə Türkiyədə görüşməyi səbirsizliklə gözləyirik”, – sənəddə qeyd olunub.

Teqlər: