Türkiyə təhlükəsizlik qüvvələri ölkənin 18 vilayətində PKK-ya qarşı əməliyyat keçirib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Milli İstehbarat Təşkilatı (MİT) və təhlükəsizlik qüvvələri PKK-ya qarşı 18 vilayətdə “Yatmış şəbəkə” əməliyyatına başlayıb. Bu günə qədər əməliyyat çərçivəsində 90-a yaxın şübhəli saxlanılıb”, – məlumatda qeyd olunub.