Türkiyə vətəndaşlarının Qəzza zolağından təxliyə işləri bərpa edilib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli məlumat verib.
Onun sözlərinə görə, dekabrın 2-də Türkiyə vətəndaşları və onların ailə üzvləri olmaqla ümumilikdə 142 nəfər Qəzzadan Misirə keçirilib. Bu şəxslərin bu gün axşam saatlarında Qahirədən İstanbula gətirilməsi planlaşdırılır.