Quba rayonunda türkəçarə ilə məşğul olan şəxs narkotiklə saxlanılıb.
AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə rayonun Bağbanlı kəndində qeydə alınıb.
Belə ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə kənd sakini Yalçın Ağacan oğlu Qocayev saxlanılıb.
Onun üzərinə baxış zamanı narkotik vasitə olan “marixuana” və “şüşə” adlanan “metamfetamin” aşkar edilib.
Faktı DİN Mətbuat Xidmətinin Quba regional qrupunun əməkdaşı Xəyal Talıbov təsdiq edib.
Qeyd edək ki, Y.Qocayev fərdi yaşayış evində türkəçarə müalicə ilə (bel və onurğa ağrıları kimi müxtəlif xəstəliklərin xalq təbabəti ilə müalicəsi ilə) məşğul olurmuş.