Türkə, türk millətinə soyqırımı ifadəsini yapışdıra bilməzsiniz, bütün dəlillər Qarabağdadır – Ərdoğan

Türkə, türk millətinə soyqırımı ifadəsini yapışdıra bilməzsiniz, bütün dəlillər Qarabağdadır.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Ço Baydenin qondarma “erməni soyqırımının ildönümü” münasibətilə “soyqırımı” ifadəsini işlətməsinə münasibət bildirərkən deyib.

Ərdoğan bildirib: “Ermənilərin Dağlıq Qarabağ və Azərbaycan şəhərlərində etdikləri ortadadır. Minsk Qrupu üçlüyü yaradılmışdı. Bu qrupda kimlər vardı? Amerika, Rusiya və Fransa. Bu ölkələr 30 il ərzində Qarabağı işaldan qurtara bilmədi və 1 milyondan çox azərbaycanlı qardaşlarımız nə yazıq ki, öz yurlarını tərk etmək məcburiyətində qaldı. Bütün Qarabağ yandırıldı, dağıdıldı. Əgər soyqırımı deyirsinizsə, güzgüyə baxın. Bütün dəlillər Qarabağdadır. Bütün bunlar ortadaykən, sizlər qalxıb türkə, türk millətinə soyqırımı ifadəsini yapışdıra bilməzsiniz”.

Teqlər: