Dünya enerji bazarında gərginliyin artması və enerji
daşıyıcılarının bahalaşması fonunda Avrasiyanın geosiyasi
əhəmiyyəti, xüsusilə də türkdilli ölkələrin əməkdaşlığının
əhəmiyyəti artır.
Trend-in
məlumatına görə, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay Türk
dövlətlərinin enerji əməkdaşlığı üzrə 2-ci Beynəlxalq konqresinin
iştirakçılarına müraciətində deyib.
Vitse-prezident əhalisinin ümumi sayı 156 milyondan çox olan və
ÜDM-i 1 trilyon dolları üstələyən türkdilli ölkələrin əməkdaşlığın
təkcə ölkələrin özlərinin deyil, həm də bütün regionun maraqlarına
xidmət etdiyini bildirib.
F.Oktay Mərkəzi Asiya və Azərbaycanın təsdiq olunmuş enerji
ehtiyatlarını diqqət çəkərək burada dünya neft ehtiyatlarının 2
faizinin (39 milyard barel) və təbii qaz ehtiyatlarının 13 faizinin
(25 trilyon kubmetr) toplandığını vurğulayıb.
“Regionda enerji sahəsində Türkiyənin də iştirakı ilə bir sıra
uğurlu layihələr icra edilib. Bunların sırasında
Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Ceyhan neft kəməri və
Trans-Anadolu boru xəttini (TANAP) göstərmək olar. Türkiyə,
həmçinin Azərbaycanın azad edilmiş rayonlarında “yaşıl” enerjinin
inkişafı layihələrində iştirak edir”, – deyə F.Oktay bildirib.
(Tərcümə: Orxan Nəbiyev)