Türkdilli dövlətlərin sığorta sistemi inteqrasiya olunacaq – Yeni federasiya yaradılacaq

Türk Dövlətləri Təşkilatı çərçivəsində Sığorta Birliyi
Federasiyası yaradılacaq.

Bunu AzerTimes-a
müsahibəsində Türkiyə Sığortaçılar Birliyinin sədri Atilla Benli
deyib.

A.Benli qeyd edib ki, Azərbaycan və Türkiyə arasında sığorta
sahəsində Yaşıl Kart sistemlərinin inteqrasiyası üzrə əməkdaşlıq
protokolu saxta yaşıl kartların qarşısını almaqla yanaşı həmin
prosesi daha da sadələşdirəcək.

“Azərbaycanla birgə layihələrimiz bununla məhdudlaşmır.
Türkiyənin sığorta sahəsindəki təcrüəblərini Azərbaycanla
paylaşırıq.

Daha sonrakı mərhələdə isə Türk Dövlətləri Təşkilatı
çərçivəsində Sığorta Birliyi Federasiyası yaratmağı planlaşdırırıq.
Hazırda bununla bağlı müzakirələr gedir. Yaxın müddətdə türk
dövlətləri ilə daha koordinasiyalı şəkildə fəaliyyət göstərəcəyik”
– deyə o bildirib.

Qeyd edək ki, bu gün İcbari Sığorta Bürosu ilə Türkiyə Motorlu
Taşıt Bürosu arasında Yaşıl Kart sistemlərinin inteqrasiyası üzrə
əməkdaşlıq protokolu imzalanıb. Protokola əsasən Türkiyə və
Azərbaycan gömrük-sərhəd keçid məntəqələrində hər iki ölkənin Yaşıl
Kartlarının etibarlılığının rəqəmsal texnologiyalardan istifadə
edilməklə yoxlanılması mümkün olacaq.

Teqlər: