Xəbər - Sədrəddin Ağcayev – Trend:
Türkdilli dövlətlərin dəstək fondunun yaradılması növbəti iki həftə ərzində başa çatdırılacaq.
AzerTimes-ın məlumatına görə, bunu Türk Şurasının baş katibi Bağdad Amreyev üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu iclasında deyib.
O bildirib ki, hazırda tərəflər KİV-lərin, kiçik və orta biznesin dəstəklənməsi proqramının yaradılması, eləcə də bir sıra digər istiqamətlər üzrə işlər davam etdirilir:
“Azad ticarət üzrə çoxtərəfli sazişin imzalanması nəzərdə tutulur. Bundan başqa, ölkələrimiz arasında elektron ticarətin genişləndirilməsi planlaşdırılır”.
Qeyd edək ki, Bakıda keçirilən Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclasında türk dövlətlərinin rəsmi nümayəndələri, o cümlədən Türkiyənin ticarət naziri Mehmet Muş, Türk Şurasının baş katibi Bağdad Amreyev, Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov, Qırğızıstanın iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov, Özbəkistanın investisiyalar və xarici ticarət nazirinin müavini Badrıddin Abidov, Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto iştirak edir.