Türk xalqı Daryanı unutmayacaq… – Perinçək

Türk xalqı Daryanı unutmayacaq… – Perinçək

Filosof Aleksandr Duqinin qızı Darya Duqinanın öldürülməsi Türkiyə-Rusiya dostluğuna qarşı sui-qəsddir.

AzerTimes xəbər verir ki, bu fikirləri Türkiyənin Ana Vətən Partiyasının baş katibi Doğu Perinçək paylaşıb.

Onun sözlərinə görə, bu, Türkiyə-Rusiya dostluğuna və iki ölkə arasında əməkdaşlıq prosesinə qarşı vurulan zərbədir.

“Hədəf Türkiyədir. Hədəf – Rusiyadır. Məqsəd həm də iki ölkənin iradəsi və birgə hərəkətləridir. Duqinanın ölümü həm Rusiya, həm də Türkiyə üçün bərpası mümkün olmayan bir itkidir. Unikal keyfiyyətlərə və parlaq biliyə malik olan Darya Türkiyənin böyük dostu idi. Eyni zamanda o, Rusiyanın görkəmli ziyalılarından biri idi. Darya Duqina və əziz dostumuz Aleksandr Duqin birlikdə Türkiyə-Rusiya dostluğuna və əməkdaşlığına böyük səy göstərmiş, töhfə vermişlər. Türk xalqı Darya Duqinanı unutmayacaq”, – deyə o qeyd edib.

Teqlər: