Türk və hindu dillərinin kök yaxınlığı

Türk və hindu dillərinin kök yaxınlığı

Amerikan hinduları ilə türklərin kök birliyi haqda zaman-zaman bir-birinə yaxın və bir-birindən fərqli mülahizələr, hipotezlər irəli sürülüb. Amerikanın qırmızıdərili yerli sakinlərinin mənşəyi elmi və qeyri-elmi fikri uzun illər məşğul edib. Bəs xalqların bir-biri ilə doğma və yad münasibətləri hansı müstəvidə çözülməlidir? Zira bu iki etnosun birbaşa əlaqə və vəhdətini təsdiq edən rəsmi, tutarlı və elmi dəlillər yoxdur.

Amma… ortada maraqlı hipoteza və fikirlər də yox deyildir. Hesab edirəm ki, bu məsələdə dil faktoru önəmli rol oynaya bilər. Amerikan alimlərinin Miçiqan Universitetində apardığı tədqiqatlara görə, müasir hindular bu qitəyə “Berinq körpüsü” vasitəsilə gəliblər. Adıçəkilən ərazi vaxtilə Amerika və Asiya arsında geniş bir dəhliz olub. 12 min il əvvəl həmin “körpü” yox olmuşdur. Hazırda həmin ərazidə Berinq körfəzi yerləşir. Bu miqrasiya uzun bir zaman ərzində davam edib. Təxminən 20-25 min əvvəl indiki hinduların ulu babaları Altaydan köç edərək Amerikada məskunlaşıblar.

Yeri gəlmişkən, mən özümü dil mütəxəssisi hesab etməsəm də, dillərin “dialektikasını” və “nəfəsini” pis duymuram, bu barədə öz fərdi və fərqli düşüncələrim var. Hətta dünyaya səpələnmiş türklərlə və türk dilləri ilə bağlı “Yüz türk etnosu” («Сто тюркских этносов» (“Araz” nəşriyyatı, 2012)) adlı kitabın tərtibçisiyəm. Özümü “Ural-Altay” dil nəzəriyyəsinin (bəzən buna hipotez də deyirlər) tərəfdarı hesab edirəm. Və belə düşünürəm ki, hindu dilləri məhz bu ailəyə daha yaxındır. Düzdür, bu dili 150 ildən bəri tədqiq edən alimlər onu (daha doğrusu, bütün hindu dillərini) vahid bir mikroailəyə daxil edir və bunu “amerinds” adlandırırlar. Məsələ burasındadır ki, “amerinds” nəzəriyyəçiləri hindularla türklərin tarixən həm fiziki, həm də dil cəhətdən qohum olduqlarını inkar etmir.

Qırmızıdırililərlə bağlı bir neçə il əvvəl Amerikada “Şimali Amerika hinduları haqda məlumat” adlı kitab nəşr edilib və o kitabda hindu dilləri ailəsi haqda geniş məlumatlar verilib.

Bəli, bü gün dünyanın əksər alimləri müasir hinduların türk kökənli olduğunu irəli sürür. Elə hindu tayfalarının dilindəki bir çox türk sözləri də deyilənlərə illüstrasiya ola bilər.

Onu da qeyd edək ki, vahid hindu dili mövcud deyildir. Təkcə Şimalı Amerikada 400-dən çox hindu tayfası yaşayır və onların əksəriyyətinin öz danışıq dili vardır. Amma bir çox söz və ifadələr əksər tayfalar üçün səciyyəvidir.

Gəlin, bəzi sözləri qarşılıqlı şəkildə (hindu və turk dilləri əsasında) nəzərdən keçirək.

Vakan – kaqan, xan

Tanı – tanımaiçi-içmək

kapsun – qapmaq, dişləmək

kan – qan

mi – mən

baha – baba

ike – iki.

Mövcud sahənin görkəmli tədqiqatçısı avropalı O.Reriqin və rus alimi Y.Knorozovun mülahizələri ilə tanışlıq da diqqəti özünə çəkir.

Gəlin, yenə mövcud leksemlərlə paralel şəkildə tanış olaq:

Yaş – gənc

yaşel – yaşıl, cavan

iç – daxil, iç

oş (uş) – üç

kuç – güc

kol – qol

çab – çap, kəs, doğra

ax(çı) – ov(çu)

koş – quş

aak – ağ

çul – sutur – dur, dayan

imi – döş

imu – əmmək (döş)

çalan – ilan

ooç – aş

ba – balıq

akan – ağa

al – oğul.

Orientalist alim S.Vikavder Altay ailəsinə mənsub olan dillərlə mayya hindularının dili arasında paralellər görür.

Yenə bəzi sözləri müqayisəli şəkildə nəzərdən keçirək:

Bet – bitmək

Bllim – bilik

vox – boş

qanlı – qanlı

yaklel – yandırmaq

tas – daşımaq

boya – boya, rəng.

Uruqvay alimi B.Ferrario mayya qrupuna daxil olan keçuaların dili ilə türk dili arasında oxşarlıq olduğunu irəli sürməklə yanaşı, söz köklərinin yaxınlığını da qeyd edir. Bəzi leksemləri nəzərdən keçirmək pis olmazdı.

Kok – göy, səma

vaqe – dayı

tata – ata

misi – pişik

ari – arıq

qo – qovmaq

kasa – qaç(an).

Fransalı orientalist G.Dümezel də hər iki dil arasında oxşarlığı qeyd edərək müqayisələr gətirir. Buyurun, tanış olaq:

Caqla – saqqal

Tuqu – tökmək

Tavqa – dağ, dağ-daş

Qarvin – mədə, qarın

Cunqa – son(da), axır.

Hesab edirəm ki, gətirilən misallar hindu və türk dilllərinin kök və mənşə yaxınlığı barədə düşünməyə, tədqiqatlar, axtarışlar aparmağa imkan verə bilər.

Teqlər: