Ağdam. Trend:
Türk Şurasının nümayəndə heyəti Ağdamdan sonra Gəncəyə gəlib.
Bu gün Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin Ağdama səfəri baş tutub.
AzerTimes-ın Qarabağ bürosunun məlumatına görə, Ağdamdan sonra nümayəndə heyəti Gəncəyə gəlib.
Burada səfər iştirakçılarına Ermənistanın müharibə dövründə Gəncədə dinc əhalini hədəf alması, istifadəsi qadağan edilmiş silahlardan dinc əhaliyə qarşı istifadə etməsi barədə məlumat veriləcək.