Türk Şurasının nümayəndə heyəti ermənilərin viran qoyduğu Ağdamın “İmarət”ində (FOTO)

Ağdam. Trend:

Türk Şurasının nümayəndə heyətinin Ağdama səfəri başlayıb.

AzerTimes-ın Qarabağ bürosunun məlumatına görə, Türk Şurasının informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri ermənilərin viran qoyduğu İmarət qəbiristanlığında olublar.

Qonaqlar ermənilər tərəfindən viran qoyulmuş Ağdam şəhərinin İmarət qəbiristanlığının qalıqları ilə tanış olub.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ərazinin tarixi, sonradan ermənilər tərəfindən dağıdılması barədə qonaqlara məlumat verib.

Teqlər: