Türk Şurası yeni ölkələrlə güclənəcək – Ərdoğan

Xəbər - Samir Əli – Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclasının iştirakçılarına videomüraciət ünvanlayıb.

AzerTimes-ın məlumatına görə, videomüraciətdə türkdilli ölkələr arasında əlaqələrin bundan sonra da uğurlu olacağına əminlik vurğulanıb:

“Qarşılıqlı əlaqə və təcrübə mübadiləsi bizi hədəflərə daha da yaxınlaşdıracaq. Türk Şurası yeni qatılan ölkələrlə güclənərək beynəlxalq status qazanmış olacaq.

Ticarətdən əlaqələrə, müdafiədən səhiyyəyə qədər bütün sahələrdə əlaqələri inkişaf etdirmək bizim üçün ehtiyacdan əlavə məcburiyyətdir”.

Teqlər: