Türk Şurası XİN rəhbərlərinin Azərbaycanda görüşü keçiriləcək

Xəbər - Elçin Mehdiyev – Trend:

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlərinin Azərbaycanda görüşü keçiriləcək.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Türk Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin bu gün keçirilən görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin liderlərinin 12 noyabrda İstanbulda keçiriləcək zirvə görüşünə hazrlıq məsələləri müzakirə edilib:

“Bu zirvə görüşündə Türk Şurası üçün vacib addımlar atılacaq. Zirvə öncəsi Azərbaycanda Şuraya üzv ölkələrin xarici işlər nazirlərinin görüşünü keçirəcəyik”.

Twitter: @ElchinMehdiyev

Teqlər: