Türk Şurası şirkətlərin Qarabağda bərpa işlərində iştirakı ilə bağlı biznes forum keçirəcək

Türk Şurası şirkətlərin Qarabağda bərpa işlərində iştirakı ilə bağlı biznes forum keçirəcək.

Bunu AzerTimes-a müsahibəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Bağdad Amreyev deyib.

Baş katib bildirib ki, bu ay Şura türk ölkələri şirkətlərinin Qarabağda bərpa işlərində iştirakına həsr olunmuş böyük biznes forum keçirməyi planlaşdırır:

“Fikrimcə, Türk Şurası və Azərbaycan Sahibkarlar İttifaqı tərəfindən təşkil olunacaq bu görüş zamanı biz ölkələrimizin çox sayda şirkətini bərpa işlərinə cəlb edə biləcəyik. Biz bu işləri gündəlik əsasda keçiririk. Harada olsam, hansı ölkəyə getsəm, işgüzar dairələrlə görüşlər keçirirəm və onları bu layhələrdə fəal iştirak etməyə çağırıram. Ümid edirəm ki, ölkələrimizin işgüzar dairələri bunda fəal iştirak edəcək. Bundan başqa, biz türk təşkilatı olaraq işğal olunmuş ərazilər azad edildidən dərhal sonra Ağdamı, Füzulini ziyarət etdik, ümid edirəm ki, tezliklə Şuşaya səfər edəcəyik. Biz Qarabağın tamamilə dağıdılmış mədəniyyət obyektlərinin bərpası üçün səy göstərəcəyik. Biz tikililərin bərpası üçün ölkələrimizin potensialının cəlb olunması üçün çalışacağıq. Bəzi ölkələr artıq hazır olduğunu bildirib. Məsələn, Türkiyə, Qazaxıstan xəstəxanalar tikməyə, Özbəkistan mədəni tikililəri və xəstəxanaları tikməyə və bərpa etməyə hazırdır”.

Teqlər: