Türk Şurası ölkələri Qarabağda bütün sahələrdə layihələr reallaşdırmağa hazırdır – Bağdad Amreyev

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Türk Şurası ölkələrindən şirkətlər Qarabağda bütün sahələrdə layihələr reallaşdırmağa hazırdır.

Trend-in məlumatına görə, bunu Türk Şurasının baş katibi Bağdad Amreyev üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu iclasında deyib.

O bildirib ki, bu layihələr təkcə Azərbaycana deyil, həm də bütün türk dünyasına faydalı olacaq: “Azərbaycan Qarabağı çiçəklənən bölgəyə çevirir. Burada turizm, dağ-mədən və bir sıra digər sektorların inkişafı üçün potensial mövcuddur. İri infrastruktur layihələri artıq işə salınıb və bir neçə ölkə ilə birgə reallaşdırılır”.


Qeyd edək ki, Bakıda keçirilən Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclasında türk dövlətlərinin rəsmi nümayəndələri, o cümlədən Türkiyənin ticarət naziri Mehmet Muş, Türk Şurasının baş katibi Bağdad Amreyev, Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov, Qırğızıstanın iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov, Özbəkistanın investisiyalar və xarici ticarət nazirinin müavini Badrıddin Abidov, Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto iştirak edir.

(Tərcümə: Orxan Nəbiyev)