Türk səfir Qarabağa görə ABŞ-da meydan oxudu

Türk səfir Qarabağa görə ABŞ-da meydan oxudu

Bir neçə gün öncə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Qarabağ və qondarma erməni soyqırımı ilə bağlı dinləmələr keçirilib.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, daha çox Azərbaycan və Türkiyəyə qarşı əsassız ittihamların səsləndirildiyi dinləmələr zamanı Nyu Cersidən olan konqresmen Kris Smitin Türkiyənin ABŞ-dakı səfiri ilə dialoqunu xatırlatması diqqət çəkib.

Konqresmen Türkiyə səfiri ilə Qarabağ haqqında müzakirə apardığını deyib.

“Mən onunla Qarabağda baş verənlər haqda danışırdım. Mənə alçaldıcı, təkəbbürlü bir tonda cavab verirdi. O dedi ki, belə davam etsəniz, NATO-nun Türkiyədə – İncirlikdə yerləşən bazasını çıxaracağıq. Mən də dedim ki, elə olacağı təqdirdə baza Yunanıstana köçürüləcək”, – deyən konqresmen səfirin Qarabağ demarşına görə şok yaşadığını bildirib.

Teqlər: