Türk səfir İƏT baş katibinin xüsusi nümayəndəsi oldu

Türk səfir İƏT baş katibinin xüsusi nümayəndəsi oldu

Türkiyənin Pakistandakı səfiri Mehmet Paçacı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib.

AzerTimes xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) bununla bağlı açıqlama yayıb.

Bəyanatda Paçacının bu vəzifəni uğurla yerinə yetirəcəyinə əminliyini ifadə edən Türkiyə XİN bununla islamofobiyaya qarşı mübarizə məsələsində beynəlxalq ictimaiyyətin ortaq mövqe sərgiləməsinin və qətiyyətlə hərəkət etməsinin vacibliyini xatırladıb.

Mehmet Paçacı qeyd olunan vəzifəyə İƏT-in Qambiyada keçirilən 15-ci İslam Sammitində təyin edilib.

Teqlər: