Türkiyədə iş adamı soyaraq, ölümə tərk edən azərbaycanlılar tutulub.
Bursa şəhərinin Orhangazi rayonunda 4 azərbaycanlı kişi çalışdıqları kənd təsərrüfatı dərmanları satan iş yerinin sahibi 49 yaşlı Ekrem Sancarın əl-ayaqlarını baxmayaraq onu qaraət ediblər.
Azərbaycanlılardan biri – əsl adı Dilqəm Bağırov olan şəxs bir müddət öncə özünü Bilge Bağrol olaraq tanıdıb və adıçəkilən sahibkarın yanında işə başlayıb. Sancar bir neçə gün öncə özünə məxsus ərazinin dərmanlanması üçün onunla sahəyə gedib. İş adamı Bağırovun “3 dostum var. İşləmək istəyirlər, amma iş tapmırlar. Səninlə görüşmək istəyirlər” təklifini qəbul edib. Bağırovun telefonla çağırdığı 3 nəfər hadisə yerinə gəlib, əvvəlcə iş adamını döyüb, sonra isə əl-ayağını bağlayıblar. Onun üzərindəki sənədləri, kredit kartları və pulları götürüblər.
Dörd nəfər Ekrem Sancarı zorla öz maşınan mindirərək dərə kanarına atıblar. Şifrəsini öyrəndikləri kredit kartı ilə pul çıxardıqdan sonra onlar maşını da ataraq taksi ilə yola davam ediblər. Daha sonra ölkədən qaçmaq üçün Atatürk hava limanına gediblər.
İş adamı şahidlərin köməyi sayəsində xəstəxanaya çatdırılıb və polisə məlumat verilib. Əməliyyat nəticəsində azərbaycanlılar – Dilqəm Bağırov, Mahal Əhmədov(26 yaş), Şəadət Bayramov (23) və Rəşad Vəlizadə (23) ölkədən qaçmağa imkan tapmamış yaxalanıblar.
4 şübhəli məhkəmədən sonra həbs ediliblər.