1990-cı ildə Türkiyə Silahlı Qüvvələri ilk dəfə “Sikorski S-70” helikopteri alırlar. Bu zaman “Sikorski” (Sikorsky) mühəndisləri türkləri S-70 modelinin “loop” hərəkətini (çevrə üzrə tərsinə dönmək) edə bilməyəcəyi barədə xəbərdarlıq edir. Türk pilotlar bunu edə biləcəklərini iddia edirlər. İş böyüyür. “Sikorski” şirkəti və Türk Silahlı Qüvvələri komandanlığı bu barədə mərcə girir.
AzerTimes xəbər verir ki, bu sözləri tarixçi alim Zaur Əliyev paylaşıb.
Onun sözlərinə görə, türk pilotlar S-70 modeli ilə “loop” hərəkətini yerinə yetirir. Bu sınağı izləyən “Sikorski” mühəndisləri deməyə söz tapmır.
Daha sonra bu sınaq zamanı çəkilmiş şəkil S-70 modelinin reklamlarında istifadə olunur. Bu helikopteri sonradan alan ölkələr bunu kimlərin və necə etdiyini soruşduqda isə məşhur bir deyim yaranır:
“Necə etdiklərini biz də bilmirik. Tək bildiyimiz odur ki, onlar Türkdür”.