TÜRK PA-nın Strateji Yol Xəritəsi hazırlanıb

2023-2028-ci illər üçün TÜRK PA-nın Strateji Yol Xəritəsi
hazırlanıb.

AzerTimes-ın məlumatına görə, bunu TÜRK PA-nın Baş katibi Mehmet
Süreyya Er qurumun bu gün Milli Məclisdə keçirilən Sosial, mədəni
və humanitar məsələlər komissiyasının IX toplantısında deyib.

O qeyd edib ki, sənəddə 2023-2028-ci illərdə TÜRK PA-nın daimi
komissiyaları çərçivəsində hazırlanacaq nümunəvi qanunların
siyahısı da var: “Qlobal təhdidlərə qarşı mübarizə üçün üzv
dövlətlər arasında əlaqələrin gücləndirilməsi vacibdir. Strateji
Yol Xəritəsi beynəlxalq əməkdaşlığı gücləndirmək üçün platforma
kimi böyük əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında əlaqələri
gücləndirmək, onları “Dildə, ideyada, işdə birlik” şüarı və şüuru
ilə qidalandırmaq və dəstəkləmək istiqamətində atılan qəti addımlar
gələcəkdə bu gün yaşadığımız çətinliklərlə üzləşməməyimiz üçün
həyati əhəmiyyət kəsb edir”, – deyə o bildirib.

Teqlər: