TÜRK PA-nın komissiya iclasında yeni qanun layihəsi qəbul edildi

TÜRK PA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının
Bakıda keçirilən iclasında yeni qanun layihəsi qəbul edilib.

AzerTimes-ın məlumatına görə, iclasın gündəliyinə “Sosial
sahibkarlığın inkişafı haqqında” model qanun layihəsinin qəbulu
daxil edilib. Qanun layihəsi haqqında komissiyanın üzvü, Qazaxıstan
Parlamenti Məclisinin üzvü Ləzzət Ramazanova məlumat verib. O qeyd
edib ki, bu qanun təşkilata üzv olan ölkələr arasında əlaqələrin
inkişafına töhfə verəcək.

Müzakirələrdən sonra qanun layihəsinin TÜRK PA-nın plenar
iclasına təqdim edilməsi qərara alınıb.

Teqlər: