Bu il Türkiyənin təhlükəsizlik qüvvələri İraq və Suriyanın şimalı da daxil olmaqla, ümumilikdə 2 min 84 terrorçunu zərərsizləşdirib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə müdafiə naziri Yaşar Gülər məlumat yayıb.
Məlumata görə, cari ilin əvvəlindən bu günə qədər 122 terrorçu təslim olub.