Türk ordusunun hücumu: PKK və İran-Əsəd aktivləşdi

Türk ordusunun hücumu: PKK və İran-Əsəd aktivləşdi

PKK Suriyadan İraqa terrorçular daşıyır.

AzerTimes xəbər verir ki, bu barədə Suriya Milli Ordusunun komandanı, polkovnik Yusif Əbu Məhəmməd məlumat verib.

O bildirib ki, PKK cəbhəsində ciddi aktivlik müşahidə edilir:

“Son vaxtlarda 1200-dən çox terrorçu Suriyanın müxtəlif bölgələrindən İraqa gətirilib. İraq əməliyyatı ilə Ayn-İsa, Ayn əl-Ərəb, Tel-Rifat, Cerablus, Mare və Menbiç cəbhə xətləri də aktivləşəcək. Bundan başqa, İran-Əsəd ittifaqının İdlib bölgəsindən də hücumları arta bilər. PKK indiyə qədər 23 min insanımızı qaçıraraq öz sıralarına cəlb edib. Bəzilərini Qəndilə aparırlar. Onlar həm Suriyada, həm də İraqda minlərlə mülki insanı müdafiə qalxanı kimi istifadə etməyə hazırlaşırlar”.

“Türkiyənin İraq əməliyyatı mütləq Suriyanı da əhatə edəcək. PKK-nın İraq tranzit yolu, bundan başqa İraqın Sincar və Suriyanın Malikiye-Yarubiyə-Dirbəsiyə-Qamışlı dəhlizi mütləq bağlanmalıdır. Bu məqamda Suriya Milli Ordusu strateji rolu öz üzərinə götürə bilər. Qara-Metina-Hakurk-Zap-Qəndil və Sincar da daxil olmaqla, həm daxili cəbhələrin, həm də sərhədə paralel kritik bölgələrin təhlükəsizliyini təmin etmək mütləqdir.

50 min əsgərimizlə bu missiyaya hazırıq. İraqın şimalı ilə yanaşı, Fəratın şərqi də bu terror vəbasından təmizlənə bilər”, – polkovnik əlavə edib.

Teqlər: